Nikolun antiterror qorxusu: Putinə buna görə zəng etdi

Nikolun antiterror qorxusu: Putinə buna görə zəng etdi

Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsi barədə qeyd edib.

O xatırladıb ki, Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər:

“Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa, hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir”.

Teqlər: