Paşinyan “şparqalka”dan oxuyaraq, Putinə deyib ki:
– Azərbaycan ordusu Ermənistan “ərazisindən” çıxarılmalıdır;
– Azərbaycan ordusu Qarabağda rus sülhməramlılarının “məsuliyyət zonası”ndan çıxarılmalıdır;
– Ermənistan ərazisindən keçən kommunikasiya xətləri İrəvanın nəzarətində olmalıdır, yəni Zəngəzurdan dəhliz verməyəcəklər.
Putin çıxışında 10 noyabr 2020-ci ildə müharibənin necə və hansı razılaşma ilə dayandırıldığını xatırladıb.
“Biz hamımız o fikirlə razılaşdıq ki, sülhü təmin etmək və inkişafa nail olmaq lazımdır, həmçinin, Ermənistan iqtisadiyyatının inişafı üçün nəqliyyat infrastrukturunun blokadan çıxarılması, yeni marşrutların yaradılması… Biz bu gün bu məsələləri danışmalıyıq və ümid edirəm irəliləyiş olacaq”, – deyən Putin bununla erməni baş nazirə mesaj verir ki, müharibənin dayandırılmasına görə götürdüyü öhdəlikləri – 10 noyabr razılaşmasını icra etmək lazımdır.
Nikol “üzündən oxusa” da görünür, 10 noyabr razılaşmasını icra etməkdən imtina etməkdə israrlıdır və bu, vəziyyəti yenidən gərginləşirə bilər.