Nikolin xarici kəşfiyyata müəmmalı təyinatı: mühasib…

Nikolin xarici kəşfiyyata müəmmalı təyinatı: mühasib…

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasından olan keçmiş deputat Arman Boşyanı Xarici Kəşfiyyat Xidmətinin direktor müavini təyin edib.

AzerTimes xəbər verir ki, xarici kəşfiyyatda mühüm vəzifəyə təyin edilən şəxsin tərcümeyi-halı marağa səbəb olub.

Boşyan 1986-cı ildə Rusiyanın Taqanroq şəhərində anadan olub. 2009-cu ildə Abovyan Dövlət Energetika Kollecini mühasibat uçotu və audit ixtisası üzrə bitirib. 2013-cü ildə isə Ermənistan Dövlət Mühəndislik Universitetində rabitə müəssisəsinin iqtisadiyyatı və menecmenti ixtisası üzrə təhsil alıb.

2007-2008-ci ildə poçt ekspeditoru, daha sonra Büreqavan poçt şöbəsinin müdiri vəzifəsində çalışıb. Ardınca “Qaspint”də baş mühasib, 2014-15-ci ildə “Mülki müqavilə” fondunun mühasibi işləyib. Daha sonra Ermənilərə Yardım Fondunun “Uşaqlara Yardım Mərkəzi” ofisinin meneceri təyin edilib.

Boşyan 2013-cü ildə “Mülki müqavilə” ictimai-siyasi birliyinin həmtəsisçisilərindən biri olub. 2018-ci il dekabrın 9-da “Mənim addımım” partiyalar blokunun ümumxalq seçki siyahısı üzrə parlamentin deputatı seçilib.

İxtisasca mühasib olan və uzun illər yalnız bu sahədə fəaliyyət göstərən bir şəxsin Xarici Kəşfiyyat Xidmətinin rəsi müavini təyin edilməsi müzakirələrə yol açıb.

Teqlər: