Nikoldan yeni KTMT açıqlaması: De-yure dayandıra bilərik!

Nikoldan yeni KTMT açıqlaması: De-yure dayandıra bilərik!

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini de-yure dayandıra bilər.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistanın KTMT daxilində fəaliyyətini faktiki olaraq dondurduğunu qeyd edib: “Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”.

Qeyd edək ki, Paşinyan daha öncə də açıqlamasında Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirmiş, daha sonra Rusiya bununla bağlı Ermənistandan izahat tələb etmişdi.

Teqlər: