Azərbaycanın 86,6 min kv.km ərazisinə anklavlar da daxildir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“29.8 kv.km-ə Başkənd də daxildir. Bu hesablama ilə 86.6 min kv.km anklavları da (Qazaxın 7, Naxçıvanın 1 kəndi) özünə birləşdirir. Bu, siyasi mövqedir və məsələnin hüquqi tərəfi müzakirə olunmalıdır”, – Paşinyan bildirib.
Paşinyan Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib. Onun sözlərinə görə, anklavlarla bağlı bir neçə variant var, məsələn, ya sülh sazişi imzalanandan sonra ərazilərin mübadiləsi aparılacaq, ya da heç nə dəyişməyəcək.