Ermənistan Praqa və Soçidəki razılaşmalar əsasında sərhədin delimitasiyasına hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə erməni tərəfinin törətdiyi təxribatlardan sonra deyib.
“Bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Qarabağ və Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqliyimizi və iştirakımızı davam etdiririk. Ermənistan da əvvəl elan edilmiş prinsiplər əsasında nəqliyyat və iqtisadi regional marşrutları açmağa hazırdır”, – o bildirib.