Nikolayev genişmiqyaslı müharibə başlayandan bəri ən böyük mərmi atəşinə məruz qalıb. Rus ordusu şəhərə 40-a yaxın raket atıb.
AzerTimes xəbər verir ki, bu barədə Nikolayev vilayət şurasının sədri Anna Zamazeyeva məlumat verib.
“Nikolayev ikinci Mariupol olur. İşğalçılar torpaqlarımıza gələrək insanlarımızı, şəhərlərimizi və kəndlərimizi məhv edirlər. Şəhərin su təminatını kəsiblər və infrastrukturu məhv ediblər”, – o bildirib.