Nikol “yeni reallıqdır” deyib, Basarkeçəri verə bilər

Nikol “yeni reallıqdır” deyib, Basarkeçəri verə bilər

Regionda vəziyyətin dəyişdiyini deyəndə, başa düşmək lazımdır ki, bunda 99% günahkar Nikol Paşinyandır.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın birinci baş naziri Vazgen Manukyan erməni mediasına açıqlamasında deyib.

“Hətta indi də o, yeni reallıq yarada bilər: Basarkeçəri təhvil verər və “yeni reallıq yaranıb” deyər və sonra bu reallıqla hesablaşmağa çağırar. Hakimiyyət xalqımızın ləyaqətini alçaltmaq istəyir. Etdiyi günahları insanların üzərinə yıxmaq istəyir. Düşünürəm ki, insanları uzun müddət bu vəziyyətdə saxlamaq mümkün deyil”, – deyə o vurğulayıb.

Teqlər: