Nikol uğrunda dava: erməni əsgər güllələndi

Nikol uğrunda dava: erməni əsgər güllələndi

Ötən gün Araqatsotn vilayətində baş verən atışmada ölənlərdən biri – Amayak Mikaelyan hərbçi olub.

AzerTimes xəbər verir ki, bu barədə yazan erməni mediası onun Müdafiə Nazirliyinin hərbi hissələrindən birində muzdla xidmət etdiyini bildirib.

Qeyd edək ki, hadisə ötən gün 20:30-da baş verib. Xəstəxanaya güllə yarası alan 7 nəfər gətirilib, onlardan biri xəstəxanaya çatanda artıq keçinmiş olub, digəri isə xəstəxanada ölüb. 5 yaralı ağır olduğundan, artıq İrəvan xəstəxanalarına göndərilib.

Erməni mediası hadisənin başvermə səbəbi ilə bağlı yazıb ki, hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Matevos Asatryanın qohumları və Araqatsotn qubernatorunun hakimiyyətyönlü müavini Edqar Parvanyanın əmisi oğlu Aparandan olan bir qrup gənclə əlbəyaxa davaya çıxıblar. Davanın gedişində sözügedən şəxslər “Kalaşnikov” avtomatından atəş açıblar. Davanın iştirakçılarından biri hadisə yerindəcə ölüb, 6 nəfər yaralanıb.

İnsident Niqavan kəndində baş verib.

İddialara görə, davaya səbəb bir qrup gəncin Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqir səsləndirməsi olub.

Teqlər: