Rusiyanın tanınmış eksperti, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkələrdə Ermənistan baş naziri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
AzerTimes xəbər verir ki, iştirakçılara “Nikol Paşinyan Rusiyaya xəyanət edəcəkmi” sualı qoyulub.
Sorğu həm Tvitter, həm də Teleqram sosial şəbəkəsində keçirilib. Tvitterdəki sorğuda 1236 nəfər iştirak edib. İştirakçıların 91%-i Nikol Paşinyanın xəyanət edəcəyini bildirib. 2% “yox” cavabını verib, 2% cavab verməkdə çətinlik çəkib.
Teleqram kanalında isə 2658 nəfər səsverməyə qatılıb. Onların 91%-i Nikol Paşinyanın Rusiyaya xəyanət edəcəyini bildirib, 1% etməyəcəyini, 2% cavab verməkdə çətinlik çəkib.
Hər iki sorğunun nəticələrinin demək olar ki, üst-üstə düşməsinə diqqət çəkən İqor Korotçenko bunun qətiyyən təsadüf olmadığını bildirib.