Nikol “Rusiya batır” deyib, uzaqlaşdı: indi nə edəcək?

Nikol “Rusiya batır” deyib, uzaqlaşdı: indi nə edəcək?

NATO Baş katibi Yens Stoltenberq hesab edir ki, Qərb silah tədarükünü artırmasa, Ukraynanın vəziyyəti daha da pisləşə bilər. Onun fikrincə, Kiyev kritik vəziyyətdədir və hesab edir ki, pis xəbərlərə hazırlaşmaq lazımdır. Bəs bu, Ermənistan üçün nə deməkdir?

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“2022-ci ilin sentyabrında rus qoşunları Xarkov vilayətini, noyabrda Xersonu tərk etdilər və məhz bu dövrdə Paşinyan batan rus gəmisini tərk etmək qərarına gəldi. 9/10 noyabr sazişdən imtina edib, oktyabrın 6-da Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Paşinyan, onun siyasi komandası, media və ona xidmət edən ekspertlərin bütün sonrakı xarici siyasət taktikası “Rusiya gəmisi batır” və “parlaq Qərb qatarına minmək lazımdır” ideyası ətrafında dövr etdi. İndi məsələ Ukrayna cəbhəsindəki vəziyyətin, Rusiya ətrafında və diplomatik sahədə dönüş nöqtəsindən sonra Paşinyanın davranışının necə olacağıdır. Məsələ ilk baxışdan göründüyündən qat-qat ciddidir. Bütün ölkənin və Ermənistanın hər bir sakininin təhlükəsizliyi bundan asılıdır. Və bu mübaliğə deyil. Paşinyanın 2022-ci ilin payızında aqressiv və açıq şəkildə həyata keçirməyə başladığı strateji kurs təkcə gülünc deyil, həm də təhlükəli görünür. Ermənistan hakimiyyəti, obrazlı desək, artıq çoxdan getmiş “qatara” minmək istəyir. İmperatorluğun xarabalıqları altında qalmaq istəməyən şəxs ölkəni öz əli ilə bilərəkdən çıxılmaz vəziyyətə saldı”, – o bildirib.

Teqlər: