Nikol qayıtdı: Salam, qəzəbli Rusiya! – Zakaryan

Nikol qayıtdı: Salam, qəzəbli Rusiya! – Zakaryan

Nikol yenidən Rusiyanın qucağına qayıdıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, Baş nazir Nikol Paşinyanın mütəmadi olaraq dəyişən xarici siyasət xəttinə toxunub.

“Nikol yenidən Rusiyanın qucağına qayıdıb. Bir daha salam, qəzəbli Rusiya, əlvida, tərk edilmiş Qərb! Halbuki Nikol Qərbin dəstəyi ilə hakimiyyətdən həzz almağa davam edir. Ermənistanın həyati maraqları isə beynəlxalq auksiona çıxarılıb. Hərrac davam edir, komendant isə Nikol Paşinyandır. Təəssüf ki, bu, mif deyil, ölkəmizdə formalaşmış acı reallıqdır”, – deyə Zakaryan vurğulayıb.

Teqlər: