Nikol Putinlə görüşə can atır – Səbəb

Nikol Putinlə görüşə can atır – Səbəb

Paşinyan Aİİ liderlərinin Sankt-Peterburq görüşünə mütləq gedəcək və hətta Rusiya Prezidenti Putinlə ikitərəfli görüş keçirməyə çalışacaq. Nikol ölkənin Aİİ üzvlüyünü qoruyub saxlamağa çalışacaq, çünki indiki mərhələdə Ermənistanın bu təşkilatdan çıxması tam dağılmasına gətirib çıxaracaq.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Paşinyan həm Qərbin Ukraynadakı tam fiaskosunu, həm də Qərbin zəmanətlərinin qiymətini mükəmməl görür. Baş nazir başa düşür ki, ən azı indiki mərhələdə Qərbin zəmanətlərinə bel bağlamaq çətindir. Paşinyan çox gözəl bilir ki, Qərbin cazibədar bəyanatlarının arxasında heç nə yoxdur, tam sıfır. Bu baxımdan da İrəvan hakimiyyəti Rusiya ilə münasibətləri böhrandan çıxarmağa çalışacaq. Paşinyan həm Qərbə, həm də Rusiyaya eyni dərəcədə lazımdır. Qərb Paşinyandan Rusiyaya qarşı silah kimi istifadə edirsə, o zaman Paşinyan Rusiya üçün sadəcə bir hədiyyədir. Çünki indiki reallıqda Moskvanın Bakı və Ankara ilə razılaşmalarına görə məsuliyyəti Ermənistandakı antirusiya hakimiyyətinin üzərinə qoymaq çox asandır. Əslində Rusiya Ermənistanın Qərbə üz tutmasından çox da qorxmur. Moskva başa düşür ki, Paşinyan ancaq müəyyən nöqtəyə qədər gələ biləcək, sonra proses dayanacaq. Çünki nə Qərb Ermənistanı qəbul etməyə, nə də Ermənistan irəliləməyə hazırdır”, – o bildirib.

Teqlər: