Nikol Putinə Ərdoğana görə yalvardı

Nikol Putinə Ərdoğana görə yalvardı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə icazə verilməsini xahiş edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub və Kremldən gələn məlumatlara əsasən, Paşinyan Putinə yalnız hesabat vermək üçün zəng edib. O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və əldə olunan razılaşmalar barədə məlumat verib. Qeyd edilir ki, Paşinyan Putindən Ərdoğanla görüşmək üçün bir neçə dəfə icazə istəyib”, – erməni qəzeti bildirib.

Qeyd edək ki, Putinlə Paşinyan arasında son telefon danışığı 6 iyulda baş tutub.

Teqlər: