Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə səbəb Qarabağdakı erməni separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyan olub.
AzerTimes xəbər verir ki, bu barədə Araik Arutyunyan Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində separatçı ünsürlərlə keçirdiyi “iclasda” deyib.
O bildirib ki, Qarabağın ermənilər yaşayan hissəsində vəziyyətin getdikcə pisləşməsi və humanitar problemlərlə bağlı Ermənistan və Rusiya hakimiyyətini, o cümlədən beynəlxalq ictimaiyyətin digər aktorlarını məlumatlandırır.
Araik onun xahişi ilə Paşinyanın Putinə zəngi və aparılan müzakirələr haqda məlumat verib.