Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək və Rusiyanın Sərhəd Xidmətinin nəzarətində olmalı maneəsiz yolun açılmaması üçün necə hiylələrə əl atdığından danışıb.
AzerTimes xəbər verir ki, bu barədə Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
O bildirib ki, gec, ya tez, Azərbaycan və Ermənistan arasında birbaşa əlaqə qaçılmaz olacaq:
“Əgər azərbaycanlılar onları erməni gömrükçülərin yoxlamasını istəmirlərsə, bu, Ermənistan vətəndaşına da aiddir. Onda təklif etdik ki, “üçüncü tərəf” gömrük məsələsini həyata keçirsin. Təklif Bakıya 2021-ci ilin dekabrında təqdim edilib. Ancaq düşünürəm ki, nəhayət, adi varianta qayıdacağıq – Azərbaycan tərəfdə azərbaycanlı, Ermənistan tərəfdə erməni gömrükçü”.
Qeyd edək ki, bu, Naxçıvana birbaşa və maneəsiz yolu təmin etmək öhdəliyi götürən Ermənistanın növbəti hiyləsidir. Kommunikasiyaların açılmasının Naxçıvana birbaşa və maneəsiz yol öhdəliyinə heç bir aidiyyəti yoxdur. Üstəlik, Naxçıvana yeni maneəsiz yol inşası da 10 noyabr bəyanatında əks olunub.