Baş nazir Nikol Paşinyan Niderland Krallığının Nümayəndələr Palatasının Xarici Əlaqələr üzrə Daimi Komitəsinin nümayəndə heyətini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazir Ermənistan və Niderland arasında əməkdaşlığın son vaxtlar dinamik xarakter aldığını məmnunluqla qeyd edib, həmçinin Ermənistan-AB əlaqələrinin inkişafında bu ölkənin rolunu vurğulayıb. Nikol Paşinyan müxtəlif beynəlxalq platformalar da daxil olmaqla ikitərəfli parlamentlərarası əməkdaşlığın və dialoqun vacibliyini vurğulayıb.
Paşinyan Ermənistan və Azərbaycan arasında sülh prosesi, köçkünlərin humanitar problemlərinin həlli istiqamətində atılan addımlara toxunub. Bu kontekstdə Paşinyan beynəlxalq ictimaiyyətin davamlı dəstəyinin vacibliyini vurğulayıb.