Nikol narazıdır: İrəvan KTMT-dən çıxmağa doğru gedir

Nikol narazıdır: İrəvan KTMT-dən çıxmağa doğru gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almadığını, ancaq reallıqda hər şeyin göründüyü qədər açıq olmadığını bildirib.

AzerTimes xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Paşinyanın cümləsinin ikinci hissəsinin mənası budur:

1. Kremldən Ermənistanın Rusiya-Belarus ittifaqına qoşulmasıyla bağlı şifahi təklif alıblar;

2. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Rusiya bizə bu məsələdə təzyiq edib” deyərkən həqiqəti söyləyib. Paşinyanın Rusiyadan narazılığının nəticəsidir ki, o Ermənistanın bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcəyini dedi. Paşinyan söyləyib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir. Paşinyan bu gedişlə bir müddət sonra Ermənistanın KTMT-də üzvlüyünün davamının mənasız olacağını səsləndirəcək”, – politoloq bildirib.

Teqlər: