Nikol narazı qayıtmışdı, yenidən Moskvaya niyə gedir?

Nikol narazı qayıtmışdı, yenidən Moskvaya niyə gedir?

Bugünlərdə Moskvadan qayıdan Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək. Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətmədi. Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir. Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına dərhal cavab verir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın 7 iyunda Moskvaya səfərə gedəcəyi barədə məlumata münasibətində qeyd edib.

O bildirib ki, iyunun 1-də Paşinyan və Əliyevin Kişinyovda görüşü gözlənilir:

“Bu görüşdə vasitəçi Brüssellə yanaşı Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq”.

Teqlər: