Nikol KTMT-ni iflic etdi: Baş katib İrəvana gəlir

Nikol KTMT-ni iflic etdi: Baş katib İrəvana gəlir

Ermənistanın KTMT ilə bağlı hazırkı mövqeyi bu struktur üçün problemlər yarada bilər. İrəvana dəstək sənədinin KTMT-nin gündəliyindən çıxarılması tələbi onu göstərir ki, təşkilat və onun istənilən təklifi ümumiyyətlə Ermənistan üçün maraqlı deyil.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi analitik Pavel Felgenhauer deyib.

“Bu, həm onların, həm də Ermənistana silah satmağa başlayan Qərbin gündəmidir. Qərbin şərti isə çox güman ki, Ermənistan-KTMT münasibətlərinin zəifləməsi və ya İrəvanın təşkilatdan çıxmasıdır. Bu, bundan sonra da belə olacaq və İrəvan hakimiyyətinin yanaşmasını dəyişəcəyini təsəvvür etmək çətindir. Eyni zamanda, indiki mərhələdə Ermənistan KTMT-dən rəsmən çıxmayacaq, çünki bu, əlavə problemlər yaradar. Ermənistan təşkilatın üzvü olaraq qalır, bu isə o deməkdir ki, KTMT-də konsensusla qəbul olunduğu üçün bütün qərarların qəbulu proseslərində iştirak etməlidir. Belə olan halda KTMT-nin işi əngəllənə bilər. Bu da Rusiya üçün ciddi problemlər yaradacaq. Düşünürəm ki, bu qorxular artıq var, ona görə də KTMT-nin baş katibi regiona göndərilir. Əgər Ermənistan hansısa qərarları təsdiq etməsə, heç bir qərar və ya dəyişiklik etmək mümkün olmayacaq”, – o bildirib.

Teqlər: