Nikol Kremli rədd edir, Bakıya güzəştlər olacaq – Xaçikyan

Nikol Kremli rədd edir, Bakıya güzəştlər olacaq – Xaçikyan

Ermənistan Rusiya ilə münasibətləri addım-addım pozur. Bu, hakimiyyətin ardıcıl xəttidir, digər ölkələrin onların qarşısına qoyduğu vəzifədir – Rusiya ilə hər hansı inteqrasiya prosesindən imtina etmək.

AzerTimes xəbər verir ki, bunu Paşinyanın Bişkekdə keçiriləcək MDB sammitində iştirakdan imtina etməsini şərh edən erməni politoloq, Stenford Universitetinin (ABŞ) professoru Artur Xaçikyan deyib.

“Ermənistan Rusiya ilə bağlı bütün proseslərdən və təşkilatlardan çəkilməli, hər şeyi təslim edib Türkiyəyə tabe olmalıdır. Paşinyanın Ermənistanın xarici siyasət vektorunu dəyişmədiyi barədə bəyanatlarına gəlincə, bu, İrəvan hakimiyyətinin üslubudur – bir şey söyləmək və başqa bir şey etmək. Ölkə rəhbərliyi vaxtaşırı ziddiyyətli bəyanatlar verir. Bununla belə, onlar Rusiyanı regiondan çıxarmaq arzusundadırlar. Təbii ki, Ermənistanın təkcə Rusiya ilə deyil, Qərb və digər dövlətlərlə münasibətlərdə bütün diplomatik səhvlərini aradan qaldırması arzulanan olardı. Amma bunun üçün indiki hakimiyyət bir tərəfdən səriştəsiz və bacarıqsızdır, ikincisi isə addım-addım Rusiyanın bölgədən çıxarılmasına doğru irəliləyir. Moskvanın xəbərdarlıqlarına baxmayaraq, İrəvan Roma Əsasnaməsini qəbul etdi və ölkədə hökumətə yaxın adamlar tərəfindən maliyyələşdirilən antirusiya təbliğatı aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya vasitəçiliyinə alternativin XİN rəhbərləri arasında birbaşa danışıqlar ola biləcəyi ilə bağlı bəyanatına gəlincə, İrəvanın Moskvanın regiondakı rolunu azaltmaq istəyini nəzərə alsaq, bu variant Ermənistana uyğun gələ bilər. Bir daha Rusiyanın vasitəçiliyini rədd edən Ermənistan hakimiyyətinin növbəti güzəştləri – keçmiş anklavlar, sonra isə Zəngəzur dəhlizi olacaq. Azərbaycan üçün birbaşa danışıqlar daha sərfəlidir, çünki Ermənistan hakimiyyəti daim güzəştə gedir və uduzur”, – o bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində iştirakdan imtina edib.

Teqlər: