Nikol Kremli hədələdi – Makron tövsiyə verdi

Nikol Kremli hədələdi – Makron tövsiyə verdi

Ermənistan-Rusiya münasibətləri yenidən kəskinləşib. Əvvəlcə mövcud hakimiyyət Laçın yoluna görə Rusiyanı və rus sülhməramlılarını günahlandırdı. Sonra Paşinyan Kremlə ultimatium göndərib, Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə hədələdi. Təbii ki, Rusiya tərəfinin reaksiyası gecikmədi. Moskva bildirdi ki, münaqişənin iki tərəfi arasında razılıq olarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər, bu, təkcə Ermənistanla bağlı deyil, həm də Azərbaycanla bağlıdır. Siyasi dairələr bu gərginlikdən narahatdırlar, bu vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Yeri gəlmişkən, bəzi hökumət mənbələri Paşinyanın Putinə ultimatum verdiyini iddia edirlər: ya Laçın yolunu açın, ya da Ermənistan KTMT və Aİİ-dən çıxır. Makron isə Paşinyana KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib. Çünki Ermənistana zəmanət verə bilməyəcəyini etiraf edib. Eyni tövsiyəni ABŞ-ın Ermənistandakı səfəri də edib”, – məlumatda deyilir.

Teqlər: