Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.

“Məqsədimiz sizin həyəcansız bir şəkildə “Azərbaycan 50 metr uzaqdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir”, – Paşinyan vurğulayıb.

O bildirib ki, bundan başqa avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər.

Teqlər: