Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan küçələrində velosiped sürüb.
AzerTimes xəbər verir ki, Paşinyan yürüş zamanı çəkdiyi görüntüləri Feysbuk səhifəsində paylaşıb.
“Eşq olsun velosipedə”, – Paşinyan bildirib.
Videoda erməni baş nazirin hərəkət etdiyi zaman Maştots prospektinin tamamilə boş olduğu də görüntülənib. Belə məlum olur ki, Paşinyanın velosiped sürməsi üçün prospekt tam bağlanıb.