Nikol imzalanmaya getmədi, KTMT özü İrəvana gəlir

Nikol imzalanmaya getmədi, KTMT özü İrəvana gəlir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov təşkilatın Minsk sammitindən sonra İrəvana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Sergey Aleynik məlumat verib.

O bildirib ki, Tasmaqambetov İrəvana sammitin yekunlarına görə səfər edəcək:

“Minskdə razılıq komissiyası çərçivəsində yekunlaşdırılan bütün qərarlar erməni həmkarımıza təhvil veriləcək. Biz onların da bu qərarlara qoşulacağına inanırıq”.

Teqlər: