Baş verənlər Nikol Paşinyanın Ermənistanda real hakimiyyətə malik olmadığını və xüsusən erməni generalitetinə nəzarəti ələ ala bilmədiyini bir daha təsdiq edir. O, İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmadı və yalnız Moskvanın təzyiqi ilə, o cümlədən KTMT-nin xətti ilə revanş cəhdlərindən imtina etdi.
Bu sözləri AzerTimes-a müsahibədəsində rusiyalı politoloq Vitali Arkov bildirib.
“İndi görürük ki, Paşinyan yenidən imitasiyaya can atır, vəziyyətə nəzarət edir kimi, gurultulu bəyanatlarla çıxış edir. Əslində isə siyasi biliyi olanlar anlayır ki, Nikolun addımları gülüncdür. Axı o, bu bəyanatların və atdığı addımlarının arxasında sentyabrın 15-16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Səmərqənddə sammit çərçivəsində şəxsi görüşü zamanı cavab verməli olacaq. Əlbəttə, əgər Paşinyanın bu görüş üçün cəsarəti çatarsa.
İndi bəzi dırnaqarası ekspertlərin dediklərini oxuyurdum. Guya baş verənlərin arxasında Kreml durur. Məncə, bunu bəyan etmək üçün ruhi cəhətdən xəstə olmalısan. Bəlkə də bu bəyanatlar da bilərəkdən verilir. Necə deyərlər, “sifariş” edilib. Qərbdə müəyyən qüvvələrin tapşırığı ilə Moskva ilə Bakı və Ankara arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Bu bir faktdır.
Məqsəd aydındır: Azərbaycan və Türkiyə ABŞ-ın və onun əlaltılarının tətbiq etdiyi antirusiya sanksiyalarına qoşulmaqdan nəinki açıq şəkildə imtina edib, həm də real hərəkətləri ilə bu məsələlərdə qətiyyət nümayiş etdiriblər. Mən indi “Ukrayna-Rusiya məsələsi”ndən danışmıram. Burada aydındır ki, Bakı və Ankara neytrallığı saxlayır. Söhbət Qərb ilə RF-in arasında baş verənlərdən gedir.
Həm Azərbaycanın, həm də Türkiyənin müdrik rəhbərliyi, ümid edirəm ki, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, onun bütün iştirakçılarının maraqlandığı Şimal-Cənub qaz dəhlizi layihəsinin reallaşdırılmasının qarşısını almaq vəzifəsi olan növbəti təxribata çəkməyə imkan verməyəcək”, – deyə həmsöhbətimiz qeyd edib.