Nikol Fransadan qayıdan kimi velosipedə oturdu

Nikol Fransadan qayıdan kimi velosipedə oturdu

Ermənistan Baş naziri Nikol Paşinyan Fransadan qayıdıb və bu gün səhər tezdən velosiped sürməyə başlayıb. Bu dəfə o, qrupu ilə birlikdə Eçmiədzinə və geriyə veloyürüş təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Yol boyu onu çoxsaylı təhlükəsizlik və polis maşınları müşayiət edib.

“İrəvan-Eçmiədzin-İrəvan, 50 kilometr: yaşasın velosiped!” – Paşinyan sosial şəbəkə hesabında yazıb.

Teqlər: