Nikol erməniləri “Bakıya qaytarmaq” istəyir

Nikol erməniləri “Bakıya qaytarmaq” istəyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə ermənilərin Qarabağ ərazilərinə, eləcə də onlara bitişik rayonlara qaytarılması ilə bağlı danışıqlara başlamaq tapşırılıb.

AzerTimes xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bunun üçün mexanizmlərdən istifadə edilməlidir və mən xarici işlər nazirinə tapşırdım ki, onlar BMT-nin ali komissarı ilə müzakirəyə başlasın”, – o bildirib.

Paşinyan vurğulayıb ki, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarından çıxarılan ermənilər eyni məsələ ilə bağlı hökumətə müraciət edirlər:

“Onlar şikayət edirlər ki, biz onların sülhməramlıların müşayiəti ilə öz evlərinə qayıtması məsələsini qaldırmırıq. Üçtərəfli Bəyanatın 7-ci bəndi yalnız Qarabağa və ona bitişik rayonlara aiddir, lakin bu, həmin rayonlara ermənilərin qayıtmasına mane olmur. Onlar öz mülkiyyət hüquqlarını beynəlxalq instansiyalarda təqdim edirlər”.

Qeyd edək ki, Paşinyan bu barədə “hərəkətə” Qərbi Azərbaycan İcmasının Ermənistandakı dədə-baba yurdlarına qayıtmağa şərait yaratmaları ilə bağlı müraciətindən sonra keçib.

Teqlər: