Nikol da anlayır ki, Brüssel formatını tərk edə bilməz

Nikol da anlayır ki, Brüssel formatını tərk edə bilməz

Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırmasa da, Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasında keçirlən Brüssel görüşləri haqda qeyd edib.

“Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamalarının birində Brüsselin vasitəçiliyini sətiraltı tənqid etmişdi. Ancaq Paşinyan bu tənqidinə rəğmən, Brüssel formatından imtina etmək istəmir. Çünki o da anlayır ki, Ermənistanla Azərbaycan arasında nə zamansa sülh sazişi imzalansa, Cənubi Qafqazın inkişafını təmin edəcək istiqamətlərdən biri Avropa Birliyi ilə sıx inteqrasiya olacaq”, – o bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş baş tutacaq.

Teqlər: