Nikol bu sözlərlə Bakını qıcıqlandırdı – Surenyants

Nikol bu sözlərlə Bakını qıcıqlandırdı – Surenyants

Paşinyan bu ay 44 günlük müharibə ilə bağlı təhqiqat komissiyasında canlı məruzə ilə çıxış edəcək. Şübhə yoxdur ki, Nikol bu biabırçılığın məsuliyyətindən yayınmaq üçün müharibənin başlanmasında, onun məğlubiyyətində və nəticələrində bütün mümkün daxili və xarici oyunçuları günahlandıracaq.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Hamı əsas hədəf olacaq – keçmiş hakimiyyət, ordu və Rusiya. Halbuki 44 günlük müharibəyə səbəb Paşinyan müharibədən əvvəl sərt ritorikası ilə Bakını qıcıqlandırması oldu.

Alçaldıcı məğlubiyyət onun nəticəsidir ki, müharibə günlərində Nikol özünü dövlət xadimi kimi aparmırdı, daxili siyasi merkantil maraqlarını rəhbər tutmuşdu. Ermənistanın alçaldılması Paşinyan hakimiyyəti davam etdikcə gündəmdə olacaq. Amma hakimiyyət əbəs yerə ümid edir ki, məsuliyyətdən sonadək yayınacaq”, – o bildirib.

Teqlər: