Nikol bu addımı atsa, toqquşma olacaq – Politoloq

Nikol bu addımı atsa, toqquşma olacaq – Politoloq

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı yeni təzyiq aləti tapıb və sualı belə qoyublar: “Ermənistanın baş naziri Dağlıq Qarabağın yeni prezidenti seçilən Samvel Şahramyanı niyə təbrik etməyib?” Nikol Paşinyan hələ ağlını tam itirməyibsə, Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik etməməlidir, bu onun sözdə də olsa, “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasına uyğun olar.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Nikol Paşinyan təcili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək və həmin görüşdə nəsə nəticə əldə etmək istəyirsə, “təbrikdən” imtina etməlidir. Yox əgər Nikol Paşinyan daxildəki və xaricdəki radikalların təzyiqi altında Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik edərsə, gərək Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin. Bu “təbrik” onun çox qorxduğu toqquşma ehtimalını da artıracaq”, – politoloq vurğulayıb.

Teqlər: