Nikol Bakıdan “yeni müharibə” gözləyir – Kremldən cavab

Nikol Bakıdan “yeni müharibə” gözləyir – Kremldən cavab

Təəssüf ki, mən heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatları ilə tanış deyiləm.

AzerTimes xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfdən “yeni eskalasiya görməsi” haqda sözlərini şərh edərkən deyib.

Bu istiqamətdə jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, biz Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik:

“Onlar (Azərbaycan – red.) geriçəkilmə zərurətinin bir mərhələsinin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olması barədə dəqiq danışırlar. Ona görə də hazırda cənab Paşinyanın bəyanatlarının bu hissəsi ilə bağlı konkret heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclası zamanı Bakının irəli sürdüyü “Qərbi Azərbaycan konsepsiyası”na görə yeni eskalasiya təhlükəsi gördüyünü iddia edib. O, həmçinin bəyan edib ki, İrəvan məhbusları qaytarmaqdan imtina edən Bakının mövqeyini başa düşmür.

Teqlər: