Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var.
AzerTimes xəbər verir ki, belə bir iddia ilə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.
“Lakin İrəvan Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır, çünki saziş layihəsində artıq bənd var ki, tərəflər sazişə əməl etməmək üçün öz daxili qanunlarına istinad edə bilməzlər”, – Paşinyan bildirib.
Qeyd edək ki, Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələrin çıxarılmasını tələb edir.
Azərbaycan Konstitusiyasında isə heç bir qonşuya ərazi iddiası yoxdur!