Nikol Azərbaycana göndərdiyi diversanta hansı tapşırığı verib?

Nikol Azərbaycana göndərdiyi diversanta hansı tapşırığı verib?

Azərbaycan ərazisinə sızmağa çalışan erməni kəşfiyyat-diversiya qrupunun qarşısı alındı, diversantlardan biri – Voskanyan Qaqik Aşotoviç ələ keçirildi. BMT Təhlükəsizlik Şurasında müzakirələrin keçiriləcəyi gün bu təxribatın baş verməsi diqqət çəkir.

BMT TŞ Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyəti” müzakirə edəcək. İrəvanın əsas məqsədi BMT TŞ-də Azərbaycana qarşı qərarın çıxarılması və Laçın sərhəd-keçid məntəqəsinin açılması üçün təzyiqlərin edilməsidir. Ermənistan 4 aydır bu prosesə hazırlaşır, lakin hüquqi və siyasi səbəblər nəticə əldə edəcəklərini sual altına salır.

İrəvanda bunu anlayırlar, kəşfiyyat -diversiya qrupunun göndərilməsi də məhz BMT TŞ-də müzakirələrə təsir etmək məqsədi daşıyır.

Siyasi hədəf: bəllidir ki, kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusuna qarşı təxribat planlaşdırıb; bu təxribat baş tutsaydı, hərbi eskalasiyanın yaranması qaçılmaz olacaqdı və İrəvan BMT TŞ-də Azərbaycanı “hücum edən” tərəf kimi göstəcəkdi;

Hərbi hədəf: istisna deyil ki, diversiya qrupuna Azərbaycan ordusuna qarşı təxribatın törədilməsi ilə yanaşı, müəyyən mövqelərin ələ keçirilməsi tapşırığı da verilib, İrəvanın məqsədi sərhəd boyunca üstünlük əldə etmək və danışıqlarda əlini gücləndirməkdir;

Belə demək mümkünsə, erməni diversantlar “ova” gedərkən, “ovlandı” və bu, axşam saatlarında keçiriləcək BMT TŞ-nin iclasında rəsmi Bakının əlini gücləndirən arqumentlərdən olacaq.

Teqlər: