Polis mayoru Emil Əhmədov Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəis müavini təyin edilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir.