İsrailə qarşı birləşməliyik.
AzerTimes xəbər verir ki, bunu Nigeriya radikal şiələrin İrana bağlı lideri, hazırda Tehranda səfərdə olan İbrahim Zəkzaki Tehran Universitetində çıxışı zamanı deyib.
“Şiələr bütün dünyaya hakim olmaq üçün hazırlaşmalıdırlar. Hazırda ABŞ-ın gücü tükənməkdədir. Yaxın gələcəkdə İran dünyanı idarə edən yeganə güc olacaq”, – Zəkzaki bildirib.
Qeyd edək ki, oktyabrın 11-də İrana səfər edən İbrahim Zəkzaki ölkənin dini lideri Əli Xamenei və digər rəsmilərlə görüşüb. Ona Tehran Universitetinin fəxri doktoru adı verilib.
Zəkzaki Nigeriyada çox sayda insanın ölümünə səbəb olan bir neçə silahlı iğtişaşa görə 9 il yarım həbs cəzası çəkib.