

Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 70-dən 86-ya yüksəlib.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qeyd olunub ki, Dikko yaşayış məntəqəsində hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.
Şahidlərin sözlərinə görə, ötən gün 60 ton benzin daşıyan maşın yolda aşıb. Tökülən yanacağı yığmaq istəyən yerli sakinlər qəza yerinə yaxınlaşıblar. Bu zaman partlayış, daha sonra yanğın baş verib.
Xatırladaq ki, bu, Afrika ölkəsində ilk belə hal deyil. Ölkədə dəfələrlə bənzər faciələr yaşanıb.