Nigeriyada toqquşmalar: 160 nəfər öldü

Nigeriyada toqquşmalar: 160 nəfər öldü

Şənbə və bazar günləri Nigeriyanın mərkəzindəki Plato əyalətində bir neçə kənddə silahlı şəxslərin hücumları nəticəsində azı 160 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd edilir ki, may ayından bəri Platoda icmalararası toqquşmalar baş verir. Bu səbəbdən 3 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Fulani köçəriləri ilə fermerlər arasında münaqişə Nigeriyanın bir neçə ştatını əhatə edir. Münaqişəyə səbəb torpaq sahələri üzərində hüquqlar və su ehtiyatlarına çıxışlarla bağlıdır.

Teqlər: