Xəbər - Orxan Nəbiyev – Trend:
Nigeriyanın qərbindəki Kaqara şəhərində silahlı şəxslər kollecə hücum edib.
AzerTimes-ın məlumatına görə, hücum zamanı azı bir tələbə həlak olub, bir neçə nəfərin yaralandığı bildirilir.
Silahlılar yüzlərlə tələbə və müəllimi qaçırıb. Qeyd olunur ki, hücum gecə saatlarında kollecin yataqxanasında baş verib.
Bir neçə tələbənin hadisə yerindən qaça bildiyi deyilir.
Nigeriya prezidenti Məhəmməd Buxari tələbələrin azad edilməsi üçün əməliyyata başlamağı əmr edib.