Nigeriyada silahlılar beş kəndə hücum ediblər.
AzerTimes-ın məlumatına görə, hadisə ölkənin şimal-qərbində yerləşən Zamfara ştatında baş verib.
Məlumata əsasən, hücum zamanı ən azı 35 nəfər dinc sakin həlak olub. Təhlükəsizlik qüvvələri yol şəraitinin pis olduğu səbəbindən hücum barədə məlumat aldıqdan sonra hadisə yerinə vaxtında çata bilməyiblər.