Nigeriyada quldurların qaçırdığı 200 şagird azad edildi

Nigeriyada quldurların qaçırdığı 200 şagird azad edildi

Martın əvvəlində Nigeriyanın Kaduna ştatında məktəbdən silahlı şəxslər tərəfindən qaçırılan 200-dən çox şagird azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə ştatın qubernatoru Uba Sani məlumat yayıb.

“Kuriqa kəndindəki məktəbdən uşaqlarımızı azad etdilər”, – qubarnator bildirib.

Sani uşaqların azad olunması ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, martın 7-də Kaduna ştatındakı məktəblərin birinə hücum edərək 287 şagird və müəllimi girov götürən quldur dəstələri onların azad edilməsi üçün 1 milyard nayr (620 min dollar) pul istəmişdilər. Nigeriya Prezidenti Bola Tinubu quldurlar və yaraqlılar tərəfindən qaçırılan insanlar üçün fidyə ödəməyəcəyini bildirmişdi.

Teqlər: