Nigeriyada neft anbarında baş verən partlayışda 100-dən çox adam ölüb

Nigeriyanın Rivers ştatında neft anbarında baş verən partlayışda
100-dən çox adam həlak olub.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hökumət
rəsmisi və QHT Gənclər və Ətraf Mühitin Mühafizəsi Mərkəzi məlumat
yayıb.

“Yanğın qeyri-qanuni fəaliyyət göstərən neft müəssisəsinin
anbarında baş verib və 100-dən çox insan yanaraq tanınmaz hala
düşüb”, neft ehtiyatları üzrə dövlət komissarı Qudlak Opiah
bildirib.