Nigeriyanın mərkəzi Plateu ştatında məktəb binasının bir hissəsinin dərs zamanı uçması nəticəsində 21 şagird ölüb, daha 69 nəfər xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə Nigeriya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Nuruddin Hüseyn Maqaci məlumat yayıb.
Nigeriyanın “Channels” telekanalı isə dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin qala biləcəyini iddia edib.
Hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir. Ümumilikdə məktəbdə min şagird təhsil alır.