Nigeriyada kəndlərə hücum edilib, 30 ölü var

Xəbər - Orxan Nəbiyev – Trend:

Nigeriyanın şimalındakı Kaduna ştatında iki kəndə edilmiş hücum zamanı 30 nəfər həlak olub.

Trend-in məlumatına görə, həlak olanların əksəriyyəti qadınlar və uşaqlar olub.

Qeyd olunur ki, naməlum silahlı dəstə kəndlərdə həm də çoxsaylı evi yandırıb. Hücum nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib.


Digət təfərrüatlar barədə məlumat verilməyib.