Nigeriyanın Laqos şəhərində noyabrın 1-i tikintisi davam edən 21 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Presse” agentliyinə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Agentliyindən bildiriblər.
Məlumata əsasən, ölənlərin sayı 20 nəfərə çatıb: “Biz daha 5 meyit aşkar etdik və ölənlərin sayı 20 nəfərə çatdı. Sağ qalanların sayı olduğu kimi qalır – 9 nəfər”.
Qeyd edilir ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal edilir.