

Nigeriyada “Boko Haram” terror qruplaşmasının avtobus dayanacağında yerləşdirdiyi partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 9 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Trust” qəzeti məlumat yayıb
Hadisə Borno ştatının Quzamala rayonundakı Mairari kəndində baş verib. Xəsarət alan şəxslərin sayı açıqlanmayıb.
Borno ştatının spikeri Əbdülkərim Lovan hücumu qeyri-insani adlandırıb və hərbçiləri terrorla mübarizədə qəti addımlar atmağa çağırıb.