Nigeriyanın Tegina şəhərində (Niger əyaləti) silahlı dəstə internat məktəbinə hücum edərək 200 şagirdi qaçırıb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.
Qeyd edilir ki, son aylarda Nigeriyada cari ilin əvvəlindən əvəzində pul almaq üçün məktəblərdən və universitetlərdən 700-dən çox tələbə qaçırılıb. Bununla bağlı mart ayından indiyədək ölkənin şimalında yerli hakimiyyət orqanları tərəfindən 600-dən çox məktəb bağlanıb.