Nigeriya yığması Kamerunda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turu matçında Sudan millisini 3:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib.
AzerTimes-ın məlumatına görə, Nigeriya yığmasının heyətində qolları Sanuel Çukvueze (3-cü dəqiqə), Tayvo Avoniyi (45) və Mozes Simon (46) vurublar, Sudanın yeganə qolunu 70-ci dəqiqədə penaltidən Valildin Safur vurub.
Nigeriya öz qrupunda 6 xalla liderdir. Daha sonra Qvineya-Bisau (1 xal), Sudan (1 xal) və Misir (0 xal) komandaları yer alır.