Nigeriya və Çin 1 milyardlıq saziş imzaladı

Nigeriya və Çin 1 milyardlıq saziş imzaladı

Nigeriya və Çin arasında səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq saziş imzalanıb.

AzerTimes xəbər verir ki, sazişi Nigeriyanın “NIGUS International”, Çinin isə “Zhongmin Xinjunlong” şirkəti imzalayıb.

“Bu bərpa olunan enerji sahəsində ixtisaslaşan NIGUS-a Nigeriyada ekoloji cəhətdən təmiz iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək. Hazırda Nigeriyada səmt qazının 90 faizi lazımsız yerə yandırılır”, – şirkətin rəhbəri Malik Ado İbrahimi qeyd edib.

Teqlər: