Nigeriya Türkiyədən aldığı helikopterləri işə saldı

Nigeriya Türkiyədən aldığı helikopterləri işə saldı

Nigeriyada Türkiyədən alınan iki ədəd T129 “Atak” döyüş helikopterinin istifadəyə verilməsi mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Benue əyalətinin paytaxtı Makurdidə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) bazasında təşkil edilən mərasimdə vitse-prezident Kaşim Şettima, müdafiə naziri Badaru Abubakar, Türkiyənin Abucadakı səfiri Hidayet Bayraktar, Nigeriya Quru Qoşunları komandanı Taoreed Laqbaca və çoxlu qonaq iştirak ediblər.

Vitse-prezident Kaşim Şettima çıxışında yeni satın alınan helikopterlərin yerləşdirilməsinin həm ölkə daxilində, həm də Qərbi Afrika bölgəsində təhlükəsizlik problemlərinin həllinə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində bir sıra terror təşkilatlarının, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir.

Teqlər: